Azərbaycan dünyada ən çox çörək istehlak edən ölkələr sırasındadır. Azərbaycanda hər nəfər üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır.
Çörəyin qiymətindəki artım dövriyyəni 38% artırıb - Lakin istehsal düşüb
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O bildirib ki, Türkiyə üçün bu rəqəm 104 kq, Bolqarıstanda 95 kq və Yunanıstanda 89 kq təşkil edir.
“Nə qədər ki, ölkəmizdə müasir aqrotexnologiyalar tam olaraq tətbiq olunmayıb, qənaətli yanacaq texnologiyaları və məhsuldarlıq 50 sentnerə çatdırılmayıb, xaricdən asılılıq davam edəcək”, - deyə deputat əlavə edib.
O əlavə edib ki, 2-ci ildə yarım kq-lıq çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə çatdırıldı. “Müqayisə üçün deyək ki, çörək ən çox Macarsıtanda 65 faiz, ən az Norveçdə 8 faiz bahalaşıb. Əslində qiymətlər həm də su, elektirk enerjisi və yanacağın tariflərinin artırıldığı üçün yüksəlib. FAO təşkilatı dünyada qiymət artımının 23-cü ildə də davam edəcəyini bildirir”, - deyə Z.Oruc vurğulayıb . (Trend)