Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23 bazar subyekti əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətlərini könüllü aradan qaldırıb.
Azərbaycanda 9 ayda haqsız rəqabətə yol verən 13 bazar subyekti cərimələnib
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, 9 bazar subyektində mobil telefonların satışı, 3 - yuyucu vasitələrin idxalı və satışı, 3 - xidmət sahələr, 2 - alkoqolsuz içkilərin istehsalı və satışı, 2 - kosmetoloji avadanlıqların idxalı və satışı, 1 - nəqliyyat vasitələri və yük daşınması, 1 - yeyinti məhsulların istehsalı və satışı, 1 geyim malların satışı və 1 bazar subyektində tibb vasitələrin satışı zamanı qanun pozuntuları aşkarlanıb.
Aşkar edilmiş pozuntular barədə məlumatlandırılan bazar subyektləri pozuntuları könüllü şəkildə aradan qaldırıb.