Hökümət və aidiyyatı dövlət orqanları biznesi dəstəkləyir.
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən "Sahibkarlar günü"nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya
və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Konstitusiya və Suverenlik” -
Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda deyib.
"Bu gün sahibkarlıq sektoru yerli iqtisadiyyatın inkişafına öz töhfəsini verməkdədir. Bunu bir sıra statistik göstəricilər də təsdiq edir. Belə ki, 2024-cü ildə qeyri dövlət sektorunun payı ümumi daxili məhsulda 81,4 faizə , qeyri neft ümumi daxili məhsulunda 76, 1 faizə, sənaye istehsalında 84, 4 faizə, qeyri neft istehsalı 71,8 faizə, qiymət sektorunda 71, 9 faizə, kənd təsərrüfatında isə 99, 8 faizə çatmışdır. Bu rəqəmlər bir daha göstərir ki, sahibkarlıq sektoru dövlətin iqtisadi tələblərini dəstəkləyir və iqtisadi inkişaf üçün lokomotiv rolunu oynayır.
Bildiyiniz kimi, ölkəmizdə iqtisadi siyasət, sosial siyasətin əlaqələndirilməsi, iqtisadi inkişaf, sosial inkişafın bir birini tamamlaması Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş prinsiplərindən biridir.
Bu gün isə iqtisadi inkişafın lokomotivi qeyri dövlət sektoru olduğuna görə bu həm də sosial missiyanı yerinə yetirir. Belə ki, 2024-cü ildə statistik məlumatlarına əsasən qeyri dövlət əmək haqqı fondundakı payı 51 faiz, yeni iş yerlərinin payı 91, 6 təşkil edir. " deyə o öz çıxışında bildirib.