2011-2023-cü illərdə Azərbaycanda orta illik iqtisadi artım tempi 1,5 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4,4% olub.
"İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir"
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə bildirib.
"Cari ilin ötən 8 ayında isə qeyri-neft-qaz sektorunda 7 % iqtisadi artım müşahidə edilib", - deyə o qeyd edib.
"Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar nəticəsində ölkənin sosial-iqtisadi mənzərəsində böyük müsbət dəyişikliklər baş verib, əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Neft-qaz sektorunda hasilatın azalması şəraitində iqtisadi artımın, o cümlədən qeyri-neft-qaz sektorunda iqtisadi artımın müsbət dinamikası qorunub, pandemiyadan sonrakı illərdə də iqtisadi artım davam edib. Bu prosesdə büdcə xərclərinin genişlənməsi, sahibkarlığa dəstək, investisiyaların və ixracın təşviqi, sənayənin inkişafı və s. istiqamətlərdə aparılan struktur islahatlar mühüm rol oynayıb", - deyə nazir vurğulayıb. (Report)