2023-cü ildə təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində baxılan 735 istehlakçı müraciətinin 30 faizinə baxılıb.
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli özünün “X” sosial şəbəkəsində paylaşımında qeyd edib.
M.Abbasbəyli vurğulayıb ki, nəticədə 105 min manata qədər vəsait istehlakçılara qaytarılaraq düzgün hesablanmadığı üçün ləğv edilib.