Dağıstanla Azərbaycan arasında daimi dəmir yolu xətti fəaliyyətə başlayacaq.
FED.az-ın məlumatına görə, bunu Dağıstan rəhbəri Vladimir Vasilyev bildirb.
ELƏCƏ DƏ BAX: Bakı-Sumqayıt qatarı daha 2 gün başqa qrafiklə hərəkət edəcək - CƏDVƏL
Dağıstan rəhbəri deyib ki, böyük nəqliyyat imkanlarımız var: “Bakı ilə daimi dəmir yolu əlaqəsi quracağıq. Bu layihənin xalqın mənafeyinə çalışması üçün heç bir maneə görmürəm. Və bu bizim iqtisadiyyatımızı da inkişaf etdirəcək".
2018-ci ilin aprel ayının əvvəlində Dağıstan və Rusiya Dəmir Yolu rəsmiləri Mahaçqala-Bakı marşrutu üzrə yeni dəmir yolu xətti layihəsini nəzərdən keçiriblər.
Hazırda Moskva-Bakı, Rostov-Bakı və Xarkov-Bakı istiqamətləri üzrə qatarlar Mahaçqaladan keçməklə hərəkət edir.
Qonşu ölkəni Azərbaycanla daimi dəmir yolu birləşdirəcək
20:39
31 Okt 2018