İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “QOÇ ƏT” MMC-nin ərizəsilə fiziki şəxs Abbasov Fikrət barəsində iş qaldırıb.
Eləcə də bax: “OAZİS” brendindən qanunsuz istifadə edilib - DÖVLƏT XİDMƏTİNDƏN İŞ ADAMINA GÖSTƏRİŞ
FED.az xəbər verir ki, iş, “QOÇ ƏT” MMC-yə məxsus “QOÇ ƏT” əmtəə nişanından fiziki şəxs Abbasov Fikrət tərəfindən qanunsuz istifadə edilməsi, habelə Xidmətin göstərişinin icra edilməməsi əlamətləri üzrədir.
İşə 15.08.2022-ci il tarixində baxılacaqdır.
"QOÇ ƏT" markası Təhməzov qardaşları tərəfindən yaradılıb. Hazırda "QOÇ ƏT" adı altında 20 adda ekoloji cəhətdən təmiz məhsullar (dana və quzu əti, kənd toyuğu, hinduşka, ördək, qaz, dana ətindən hazırlanan kənar qatqılarsız halal kolbasalar, təmiz bal, kənd yumurtası, süd məhsulları və s.) satışa çıxarılır. Həmçinin "QOÇ ƏT" restoranları da fəaliyyət göstərir.