Beynəlxalq Valyuta Fondun (IMF, BVF) qlobal iqtisadiyyatın artımı üzrə proqnozunu ticarət müharibələrini səbəb göstərərək aşağı salıb.
"FED.az" xəbər verir ki, Təşkilat 2019-cu il üzrə qlobal iqtisadi artım gözləntisini 3.2%-dən 3%-ə, 2020-ci il üzrə iqtisadi artım gözləntisini isə 3.5%-dən 3.4%-ə endirib.
Eləcə də bax:Azərbaycanda iqtisadi artımla bağlı - YENİ PROQNOZLAR
İnkişaf etmiş iqtisadiyyatlar üçün 2019-cu il üzrə proqnoz 1.9%-dən 1.7%-ə, inkişaf etməkdə olan iqtisadiyyatlar üçün proqnoz isə 4.1%-dən 3.9%-ə endirilib.
ABŞ iqtisadiyyatının 2019-cu il il artım təxmini 2.6%-dən 2.4%-ə, Avro Bölgəsi təxmini isə 1.3%-dən 1.2%-ə endirilib.
"marja.az"