COVID-19-a qarşı Qərb istehsalı olan vaksin açıqlanandan sonra, indiyədək sürətlə bahalaşan qızılın qiymətləri kəskin aşağı düşə bilər.
Qeyd edək ki, koronavirus təhlükəsi və iqtisadi problemlər səbəbindən ilin əvvəlindən bəri qızılın qiyməti 22% artaraq 2000 dolları keçib. Avqustda qızıl tarixi rekord vuraraq bir unsiyası 2089 dollaradək bahalaşıb, indi isə 1900 dollaradır.