İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə aprel sayını təqdim edib.
Azərbaycanın qeyri-neft ixracı 20%-ə yaxın artıb
Cari ilin yanvar-mart aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,5 dəfə, pambıq iplik 2 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 68,4%, pambıq lifi 43,5%, meyvə-tərəvəz 22,1%, alüminium və onlardan hazırlanan məmulatlar 20,4%, çay 15,1%, spirtli və spirtsiz içkilər isə 4,3% artıb.
2026-cı ilin yanvar-mart aylarında aqrar məhsullar üzrə ixrac 26,6% artaraq 215,6 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 27,4% artaraq 88 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8% artaraq 303,7 milyon ABŞ dollarına bərabər olub.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (95.3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (68.3 milyon ABŞ dolları) ikinci, mis filizləri (60.8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin mart ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (34.6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq lifi (25.5 milyon ABŞ dolları) ikinci, tomat (18.5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar-mart aylarında Rusiya Federasiyasına 211.6 milyon ABŞ dolları, Türkiyəyə 139.9 milyon ABŞ dolları, Gürcüstana 120.7 milyon ABŞ dolları, İsveçrəyə 103.4 milyon ABŞ dolları, Ukraynaya isə 42.7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2026-cı ilin mart ayında Rusiya Federasiyasına 62.5 milyon ABŞ dolları, Türkiyəyə 56.5 milyon ABŞ dolları, Gürcüstana 43.5 milyon ABŞ dolları, İsveçrəyə 35.7 milyon ABŞ dolları, Ukrayna 13.7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.














