İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) növbəti iclası keçirilib.
Bu il Azərbaycanda qızıl istehsalı - 21%-Ə YAXIN AZALIB
Görüşdə Azərbaycan Standartlaşdırma İnstitutu, “AzerGold” QSC, “Azərsuvenir” MMC, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Zonaların İnkişafı Agentliyi, “Levata Group” MMC, “Unique Group” MMC, “Shakh Filigree”, "Dr. Jeweler" şirkətinin nümayəndələri iştirak ediblər.
AZSTAND-dan FED.az-a bildirilib ki, iclasda Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) ISO/TC 174 “Jewellery and preciuos metals” (Zinyət məmulatları və qiymətli metallar) beynəlxalq texniki komitənin plenar iclası barədə məlumat verilib. AZSTAND/TK36-nın ISO/TC 174 “Jewellery and preciuos metals” standartlaşdırma üzrə texniki komitəyə milli güzgü komitə kimi fəaliyyət göstərməsi müzakirə edilib və konsensus əsasında statusun dəyişdirilməsinə səs verilib.
Həmçinin qiymətli metallar və qiymətli daşlar sahəsinin inkişafı istiqamətində görülən işlər, eyni zamanda AZSTAND/TK36-ya təqdim edilən AZS ГОСТ Р 59303:2023 “Emal edilməmiş təbii almazlar. Çeşidlənməsi və ilkin təsnifatlaşdırılması, çeşidlənməsi və sinifləndirilməsinə dair tələblər" dövlət standartının layihəsi müzakirə edilib.
Sonda dövlət standartlarının layihələrinin qəbulu üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilməsinə dair qərar verilib.