Qida məhsullarının sənaye istehsalı üçün istifadə edilən ətirli maddələrin qarışıqları və sənaye xammalı kimi istifadə edilən bir və ya daha çox belə maddələr əsasında qarışıqlar 15 faiz gömrük rüsumundan azad olunub.
Eləcə də bax: Çörək istehsalı ilə bağlı hökumətdən - YENİ QƏRAR - GÖMRÜK RÜSUMUNDAN AZAD EDİLDİ
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.
Digər lipoproteinlipaza, aspergillus qələvi proteazası da idxal gömrük rüsumundan azad olunub.
Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.