Bu gün Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışı ilə məşğul olan sahibkarlarla görüşüb.
Agentlikdən FED.az-a verilən məlumata görə, görüşdə əhalinin sağlam qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan Agentlik sədri bildirilib ki, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması sahibkarlığın inkişafına təkan verməkdədir.
ELƏCƏ DƏ BAX: Azərbaycandan Türkiyəyə soğan idxalına qoyulan qadağa ləğv edilib
Bildirilib ki, bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışı sahəsində sahibkarlıq fəaliyyəti qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməli, əhalinin sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstəyin göstərildiyini bildirən Q. Təhməzli Agentliyin mütəxəssisləri tərəfindən bundan sonra da sahibkarlara fəaliyyətlərini təkmilləşdirərək müasir standartlara uyğun, peşəkar səviyyədə həyata keçirmələri üçün lazım olan bütün köməkliklərin göstəriləcəyini, mütəmadi olaraq peşəkar metodiki tövsiyyələrin veriləcəyini diqqətə çatdırıb.
Daha sonra bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışı ilə məşğul olan sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Qida əlavələrinin dövriyyəsinə nəzarət artır – XƏBƏRDARLIQ
19:17
24 Yan 2019