Azərbaycan 2020-ci ilin yanvar ayında $141 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin yanvar ayının göstəricisindən 2,5% çoxdur.
Eləcə də bax: Azərbaycandan pomidor satanlar - $189 MİLYON ƏLDƏ EDİB
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pomidor ($13,2 milyon – artım 25,7%), qızıl ($16,3 milyon – artım 68%), təmizlənmiş fındıq ($11,2 milyon – azalma 6,7%), çiyidli pambıq ($10,3 milyon – azalma 13,4%), xurma ($10,6 mln – azalma 15,9%), elektrik enerjisi ($7,7 milyon – azalma 30,6%), polipropilen ($6,6 milyon – artım 53,5%), metanol ($64,6 milyon – artım 64,4%) və polietilenin ($4,4 milyon – 2019-cu ilin yanvar ayında polietilen ixracı həyata keçirilməyib) payına düşüb.
Hesabat dövründə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($48,2 milyon – artım 4,1%), Türkiyə ($33,1 milyon - artım 31,3%), İsveçrə ($17 milyon – artım 73,5%), Gürcüstan ($8,5 milyon – azalma 37,5%) və Çin ($5,9 milyon – artım 2,1 dəfə) daxil olub.
Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 34,2%-i RF-nin payına düşüb.
2019-cu ildə Azərbaycan $1 milyard 954 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $3 milyard-ı ötəcək.
İnterfaks