İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin iyul sayına dair ilkin göstəriciləri təqdim edib.
İxracdan gəlirləri artan və azalan özəl şirkətlər – MƏBLƏĞLƏR, MÜQAYİSƏ, TAM SİYAHI
FED.az xəbər verir ki, icmala əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 19,4 faiz artaraq 175,3 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsullarının ixracı (qeyri-monetar qızıl istisna olmaqla) isə 17,3 faiz artaraq 206,5 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 3,4 dəfə, pambıq iplik 2,1 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 50%, alüminium və ondan hazırlanan məmulatlar 40,1%, qara metallar və onlardan hazırlanan məmulatlar 30,1%, pambıq lifi 26,3%, meyvə-tərəvəz 18,9%, çay 19,4%, spirtli və spirtsiz içkilər isə 2,9% artıb.
2026-cı ilin yanvar-iyun aylarında aqrar məhsullar üzrə ixrac 23,9% artaraq 563,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 35,3% artaraq 195,9 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,6% artaraq 759,8 milyon ABŞ dollarına bərabər olub.























