Qəhvənin qiyməti son 10 ildə ən yüksək səviyyəyə qalxıb.
Eləcə də bax: Kafe və marketlərdə qəhvə bahalaşacaq - BLOOMBERG-DƏN PROQNOZ
FED.az xəbər verir ki, bu barədə çərşənbə günü CNBC telekanalı ABŞ-da yerləşən Qitələrarası Birjanın (ICE) məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, dekabrda çatdırılacaq qəhvə fyuçerslərinin qiyməti keçən bazar ertəsi funt üçün (0,45 kq) 2,34 dollar olub. Ötən cümə axşamı iə qəhvə fyuçerslərinin qiyməti bir funt üçün 2,46 dolları görüb.
CNBC bildirir ki, bu, son 10 ildə qəhvə üçün ən yüksək qiymətdir. Daha bahalı qəhvə 2011-ci ildə, onun qiyməti bir funt üçün 3 dollardan yuxarı qalxanda başa gəlib.
Danimarkanın "Saxo Bank"ının mütəxəssisi Ole Hanse-nin fikrincə, qəhvə qiymətlərinin bahalaşmasına son 12 ayda əlverişiz hava şəraiti və logistik çətinliklər səbəb olub. Onun sözlərinə görə, şaxta və quraqlığın qəhvə məhsuluna ciddi təsir etdiyi Braziliyada hava şəraiti vəziyyəti daha da gərginləşdirib. Bundan əlavə, yeni koronavirus pandemiyasının yaratdığı logistik çətinliklər qiymət artımına səbəb olub. Ekspertin fikrincə, bu amillərin təsiri ən azı iki il ərzində hiss olunacaq. (Marja)