Qazaxıstan Tacikistanla iki respublikanı birləşdirən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə birgə müəssisənin yaradılmasını müzakirə edib.
Eləcə də bax: Azərbaycan, Qazaxıstan və Gürcüstan birgə müəssisə - YARADIR
FED.az xəbər verir ki, hər iki tərəfin fikrincə, belə bir təşəbbüs yüklərin və neftin Azərbaycan üzərindən Avropaya daşınmasına imkan verəcək.
İki ölkə nümayəndələrinin görüşü Bakıda keçirilib. Qazaxıstan nümayəndələri öz bəyanatlarında qeyd ediblər ki, birgə müəssisənin yaradılması “tariflərin müəyyən edilməsi və malların bəyan edilməsi, vahid İT həllərin tətbiqi və bu marşrut üzrə tranzit yüklərin birləşdirilməsi yolu ilə məsələləri həll etməyə” imkan verəcək.
Həmçinin, Qazaxıstan nümayəndə heyəti Azərbaycanın tərəfinlə beynəlxalq nəqliyyat dəhlizləri ilə yükdaşımaların həcminin artırılması üçün nəqliyyat tariflərinin unifikasiyası və gömrük prosedurlarının sinxronlaşdırılması məsələlərini müzakirə edib. (Apa)