Qazaxıstan daxili bazarı qorumaq üçün taxıl və un ixracına müvəqqəti olaraq məhdudiyyətlərin tətbiq edilməsi məsələsini nəzərdən keçirir.
Eləcə də bax: Hindistan Azərbaycana buğda idxalında Rusiya və Ukraynanı - Əvəz Etmək İstəyir
FED.az xəbər verir ki, bu barədə məlumatı respublikanın kənd təsərrüfatı naziri Erbol Karaşukeev açıqlayıb.
“Rusiya taxıl ixracına qadağa qoyub, biz vəziyyəti bilirik və nəzarət altında saxlayırıq. Bu gün səhərə olan məlumata əsasən, taxıl balansımız müsbətdir və müsbət olacaq. Daxili bazar üçün kifayət qədər taxılımız var və ixrac üçün də qalacaq. İxracatçılar məhsullarını daxili bazara satmaq istəmirlər və ixrac qiymətinin qalxmasını gözləyirlər”, - deyə nazir söyləyib.
Bununla belə, Karaşukeev məhdudiyyətlərin konkret olaraq tətbiq ediləcəyi tarixi açıqlamayıb. (Qafqazinfo)