Bu ilin yanvar-iyul aylarında Qazaxıstanın ümumi daxili məhsulu (ÜDM) 4,8% artıb.
Qazaxıstan limanlarından Bakı Limanı ilə yükdaşımaların həcmi - 15 FAİZ ARTIB
FED.az xəbər verir ki, Bu barədə Qazaxıstanın Milli İqtisadiyyat naziri Alibek Kuantirov hökumətin iclasında bildirib.
"Bu ilin yanvar-iyul aylarının yekunlarına görə, Qazaxıstan iqtisadiyyatının artım tempi 4,8% təşkil edib. O cümlədən real sektorda artım 4,6%, xidmət sektorunda isə 4,7% təşkil edib. Müsbət dinamika qeyd olunur. Bütün əsas sənaye sahələrində tikinti, ticarət, o cümlədən informasiya və rabitə ən böyük artım nümayiş etdirir”, - Kuantirov bildirib.
Onun sözlərinə görə, əsas kapitala investisiyanın artım tempi 12,4% təşkil edib. İnvestisiya axını nəqliyyat və anbar təsərrüfatına 57,7 faiz, təhsilə 24,3 faiz, ticarətə 22,6 faiz, kənd təsərrüfatına 21,3 faiz, o cümlədən sənayeyə 9 faiz artıb.
Qazaxıstanın 2022-ci ildə ÜDM artımı 3,1% təşkil edib. (Marja)