Qazaxıstanın Şimkent şəhərində dəyəri 60 milyon təngə olan polietilen oyuncaqlar istehsalı müəssisəsi işə salınıb.
FED.az xəbər verir ki, müvafiq layihə "Ontustik" sənaye zonasında həyata keçirilib.
Müəssisənin gücü ildə 150 min ədəd məhsul təşkil edir. Hazırda bu istehsalat sahəsinin Qazaxıstan ərazisində ayda 10 min oyuncağı satılır.
Şəhər administrasiyasından bildiriblər ki, Azərbaycan və Qırğızıstandan olan sahibkarlarla məhsul tədarükü barədə müqavilə imzalamaq üçün danışıqlar aparılıb.
Eləcə də bax: Avropaya ixrac olunan məhsullar hökmən markalanmalıdır - TƏLƏB, SİYAHI