Sentyabrın 25-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar, sentyabrın 26-da isə Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhər 1 saylı Peşə məktəbində gənclər üçün treninqlər keçirilib.
İqtisadiyyat Nazirliyindən FED.az-a bildirilib ki, “Marketinq”, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”, “Biznes ideyanı yarat”, “Biznes planların hazırlanması”, “Öz biznesinə başla” mövzularını əhatə edən treninqlərdə marketinq, bazar araşdırmalarının aparılması, biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes plan, prioritet biznes istiqamətləri, investisiya təşviqi sənədini alan sahibkarlara texnikanın idxalı üçün təsdiqedici sənədin verilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirlərdə iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə də məlumatlandırılıb.
Qazaxda və Şəkidə treninqlər keçirilib
16:25
26 Sen 2017