“Bu gün aparılan müharibə müsbət mənada Azərbaycan iqtisadiyyatına təsir edəcək”.
Eləcə də bax: "Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçib"
FED.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı deyib.
“Adətən iqtisadiyyat orduya təsir edirsə, bundan sonra əksinə olacaq. Azərbaycanın Qarabağdakı şirin su, qiymətli metal, o cümlədən qızıl və digər təbi ehtiyatları iqtisadiyyata cəlb olunacaq. Təkcə ordakı qızıl ehtiyatlarımızın dəyəri 8 milyard ABŞ dollarına bərabərdir. Həmçinin digər qiymətli metalları da bu sıraya əlavə edə bilərik. Həmçinin meşə ehtiyatlarımız var. Biz döyüşlərin ilk günlərində deyirdik ki, azad olunan ərazilər Azərbaycan iqtisadiyyatına 2 milyard ABŞ dolları civarında qatqı yaradacaq”, - deyə o, qeyd edib. (Report)