Azərbaycanda Qara Dəniz Ticarət və İnkişaf Bankı (Black Sea Trade and Development Bank - BSTDB) arasında "yaşıl maliyyələşdirmə" müzakirə olunub.
Azərbaycan BYD şirkəti ilə sənədlər imzaladı
FED.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir müavini Anar Axundov Bankın vitse-prezidenti Draqoş-Paul Ungureanu ilə görüş keçirib. Görüşdə ölkəmizin də səhmdarı olduğu Bankla “yaşıl” maliyyələşdirmə və investisiyalar, KOB-un inkişafı və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, işğaldan azad edilmiş ərazilərin bərpası və bərk məişət tullantılarının idarə olunması layihələrinin maliyyələşdirilməsi kimi məsələlər nəzərdən keçirilib.
Tərəflər COP29 çərçivəsində əməkdaşlıq, iqlim gündəliyinə xüsusi diqqət yetirilməklə Azərbaycanın investisiya prioritetləri layihələrin maliyyələşdirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.