Rusiya prezidenti Vladimir Putinin taxıl dəhlizi müqaviləsini tənqid etməsindən sonra buğda fyuçerslərinin qiymətləri sürətlə artıb.
Eləcə də bax: “Bu məsələni Ərdoğanla müzakirə edəcəm”
FED.az xəbər verir ki, Çikaqo buğda fyuçersləri 4,5 faiz artaraq 8,5375 buşel/dollara yüksəlib.
Şərq İqtisadi Forumunda çıxışı zamanı Putin bəyan edib ki, Ukrayna taxılı aşağı gəlirli ölkələrə getmir, əksinə, əsasən Avropaya çatdırılır. Putin əlavə edib ki, marşrutlara məhdudiyyətlər prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə oluna bilər.
Taxıl dəhlizi Türkiyə və BMT-nin vasitəçiliyi ilə iyul ayında razılaşdırılıb. Bazarlar müqavilənin gələcəyi ilə bağlı qərarlara uyğun istiqamət tapa bilər. Müqavilə nəticəsində yenidən bərpa olnmuş Ukraynanın ixracı qiymətlərin aşağı düşməsinə kömək etmişdi.
Putin razılaşmanın həyata keçirilməsi üçün əlindən gələni etməsinə baxmayaraq, ölkəsinin və aşağı gəlirli ölkələrin “aldandığını” iddia edib.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, avqustun əvvəlindən Ukrayna limanlarından 2 milyon tondan çox taxıl və digər ərzaq məhsulları ixrac edilib. Bu məbləğə Türkiyə, İspaniya, Çin, İtaliya və Somaliyə çatan məhsullar daxildir. (Marja)