Rusiya Prezident Valdimir Putin mətbuat konfransı keçirib.
Rusiyada prezident seçkilərinin vaxtı - AÇIQLANDI
FED.az Putinin Rusiya iqtisadiyyatı ilə bağlı açıqlamalarından əsas məqamları təqdim edir.
▪️ Rusiya iqtisadiyyatı özünü inamlı hiss etmək və irəliləmək üçün kifayət qədər gücə malikdir;
▪️ İlin sonuna Rusiya ümumi daxili məhsulunda (ÜDM) artımın 3,5% olacağı gözlənilir, bu yaxşı göstəricidir;
▪️ Rusiya iqtisadiyyatı keçən ilki tənəzzüldən sağaldı və irəliləyir;
▪️ Rusiya Federasiyasında sənaye istehsalı inamla artır;
▪️ Rusiyada inflyasiya ilin sonuna kimi 8%-ə qədər sürətlənə bilər, lakin Mərkəzi Bank və hökumət onu hədəf səviyyələrə qaytarmaq üçün tədbirlər görür;
▪️ Rusiya Federasiyasında əsas kapitala investisiyaların artımı 10% təşkil edir ki, bu da davamlı inkişafa zəmanət verir;
▪️ Rusiya Federasiyasında bu il müəssisələrin mənfəəti 24% artıb, banklar təxminən 3 trilyon mənfəət əldə edib;
▪️ Putin Rusiya bank sisteminin sabitliyini əmanətləri olan ruslar üçün “yaxşı xəbər” adlandırıb;
▪️ İlin sonunda Rusiya Federasiyasında real əmək haqqı təxminən 8%, əhalinin real gəlirləri təxminən 5% artacaq;
▪️ Putin minimum əmək haqqının 2024-cü ilin əvvəlindən 18,5% artacağını deyib. Qeyd edib ki, belə indeksasiya tez-tez baş vermir;
▪️ Rusiya Federasiyasında işsizlik 2,9%-ə düşüb, bu, ölkə tarixində heç vaxt olmayıb;
▪️ Rusiya Federasiyasının xarici dövlət borcu 46 milyard dollardan 32 milyard dollara qədər azalıb, özəl şirkətlər də borclarını ritmik şəkildə ödəyirlər. (Marja)