Rusiya Prezidenti Vladimir Putin kasıb ölkələrə çatdırılan Ukrayna taxılının həcminin artırılmasının vacib olduğunu vurğulayıb.
Eləcə də bax: Putindən taxıl dəhlizi ilə bağlı sərt tənqid - “Fırıldaqdır, Rusiya aldandı”
FED.az xəbər verir ki, o, bu barədə Təhlükəsizlik Şurasının iclasında deyib.
O, əldə olunmuş razılaşmalara baxmayaraq, kasıb ölkələrə ümumi taxılın cəmi 3%-i, yaxud 60 min tonunun daşındığını xatırladıb:
“Biz təbii ki, ərzağın hansı istiqamətdə getməsinə təsir edə bilmərik, amma məhz kasıb ölkələrə taxıl daşınmasının artırılmasını vacib hesab edirik”.
O, Rusiya Xarici İşlər Nazirliyinə BMT və digər tərəflərlə danışıqlar zamanı bunu nəzərə almağı tapşırıb. (Apa)