Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi bu il rekorda həddə çata bilər.
"Ermənistanın təhlükəsizliyini təmin edə biləcək ölkə və ya hərbi blok yoxdur"
FED.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyanla görüşündə deyib.
"Ticari-iqtisadi münasibətlər çox uğurla inkişaf edir. Ötən il ticarət dövriyyəsi 7,4 milyard dollar təşkil edib, ilk yarımildə isə 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb. Əgər bu templə irəliləsək, bu o deməkdir ki, ilin sonuna bu rəqəm 14-16 milyard dollar təşkil edəcək. Bu, rekord göstəricidir", - V.Putin qeyd edib.
Onun sözlərinə görə, Rusiya Ermənistan iqtisadiyyatının aparıcı investorudur, iqtisadiyyata toplanmış investisiyaların ümumi həcmi 4 milyard dollardır. (Report)