“Pandemiyaya baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 11% artıb”.
Eləcə də bax: Gələn aydan Rusiyaya pomidor ixracına icazə - AQTA-nın Zəmanətinə Əsasən Veriləcək
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə deyib.
V. Putin biznes-dairələrin iqtisadi marağının olduğunu bildirib.
“Pandemiya ilə əlaqədar məhdudlaşdırılmalar olmasına baxmayaraq, bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 11 faiz artıb. Bu, yaxşı göstəricidir. Bizim 900 müəssisəmiz Azərbaycanda çalışır, Azərbaycan iqtisadiyyatına 4,5 mlrd. dollar birbaşa Rusiya sərmayəsi qoyulub. Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir”, - deyə Rusiya Prezidenti vurğulayıb.