Prezident İlham Əliyev yerli icra hakimiyyəti oranlarının qarşısına yeni vəzifə qoyub. FED.az xəbər verir ki, dövlət başçısının yeni tapşırığı öz sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilib.
İlham Əliyev yerli icra başçılarına bölgələrdə hotel tikintisinə şərait yaratmağı bildirib. Azərbaycanda turizmin inkişafı ilə bağlı danışan prezident yeni hotellərə ehtiyac olduğunu bildirərək özəl sektoru bu sahədə aktiv olmağa çağırıb, icra başçılarına isə buna şərait yaratmağı tapşırıb.Prezident deyib: Turizmin inkişafı növbəti reallıqdır. Son bir-iki il ərzində bu sahədə sürətli inkişafı görürük. Yerlərdəki turizm mərkəzlərində mənə deyirlər ki, xüsusilə yay aylarında və əsas turizm mövsümündə otellərdə yer olmur. Ona görə, yeni otellərin tikintisi mütləq təmin edilməlidir. Yerli icra orqanları şərait yaratmalıdırlar, yerlər ayırmalıdırlar və özəl sektor bu sahəyə fəal investisiya qoymalıdır».