Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ğlkədə qeyri-rəsmi işləyənlərlə bağlı Sərəncam imzalayıb.
FED.az-ın məlumatına görə, Sərəncam ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib.
Sənəddə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına tapşırılıb ki, Tədbirlər Planının icrasını əlaqələndirsin və icranın gedişi barədə hər yarımildə bir dəfə dövlət başçısına məlumat versin. Qeyd edək ki, adı çəkilən komissiya Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamı ilə yaradılıb.