Prezident İlham Əliyev “İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km) -Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Azərbaycanda dəmiryol sistemi yenilənəcək - FƏRMAN
FED.az-ın məlumatına görə, sərəncama əsasən üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.