Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

İqtisadiyyat

  1. Ana səhifə
  2. İqtisadiyyat
  1. İqtisadiyyat

Prezident sahibkarlar və iş adamları barədə - QANUNU TƏSDİQLƏDİ - TAM MƏTN

Prezident sahibkarlar və iş adamları barədə - QANUNU TƏSDİQLƏDİ - TAM MƏTN | FED.az
15:34 26 Yan 2023

Prezident İlham Əliyev “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının ləğv edilməsi haqqında
Fərman imzalayıb.

FED.az xəbər verir ki, fərmanda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci (hər iki halda) maddəsində, 4-cü maddəsinin birinci və ikinci cümlələrində, 5.3-cü, 6.2-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1.1.2-ci (birinci halda) və 5.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 4-cü maddəsinin birinci və ikinci cümlələrində, 6.2-ci və 7.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 1.1.2-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. altı ay müddətində:

2.2.1. həmin Qanunun 4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, koordinasiya qrupunun tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2.2. həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2.3. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin həmin qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydalarını təsdiq etsin, qiymətləndirməni həyata keçirən qurumu müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılmasını Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla altı ay müddətində təmin etsin və həmin bazanın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30, № 6 (I kitab), maddələr 579, 593, № 8, maddə 908, № 12, maddələr 1369, 1416; 2022, № 4, maddələr 305, 306, № 5, maddələr 443, 448, № 10, maddə 1136; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1928 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nin 3.1.31-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“3.1.31. sahibkarların vahid reyestrinin formalaşdırılması və aparılması ilə bağlı müvafiq tədbirlər görmək;”.

5. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 481; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 573; 2007, № 12, maddə 1246; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2020, № 6, maddə 686; 2022, № 8, maddə 863) ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2023-cü il

Banner
Banner
  • Prezident
  • sahibkarlar
  • iş adamları
  • fərman
  • Mikro
  • kiçik və orta sahibkarlıq
Paylaş

Digər xəbərlər

Əli Əsədov: "Süni qiymət artımı ilə bağlı mübarizəni gücləndirəcəyik"
İqtisadiyyat 17 Mart 2023
Əli Əsədov: "Süni qiymət artımı ilə bağlı mübarizəni gücləndirəcəyik"
Dövlət Xidməti və Bakı Dövlət Universiteti - ANLAŞDI
İqtisadiyyat 17 Mart 2023
Dövlət Xidməti və Bakı Dövlət Universiteti - ANLAŞDI
Qüdrət Həsənquliyev: "Azərbaycanda bazar iqtisadiyyatına keçməliyik"
İqtisadiyyat 17 Mart 2023
Qüdrət Həsənquliyev: "Azərbaycanda bazar iqtisadiyyatına keçməliyik"
Əli Məsimli: "Əgər bu, idxal olunan inflyasiyadırsa, qiymət bizdə niyə düşməyə başlamır?"
İqtisadiyyat 17 Mart 2023
Əli Məsimli: "Əgər bu, idxal olunan inflyasiyadırsa, qiymət bizdə niyə düşməyə başlamır?"
ABŞ-da yüksək inflyasiyanın əsas səbəbi - AÇIQLANIB
İqtisadiyyat 17 Mart 2023
ABŞ-da yüksək inflyasiyanın əsas səbəbi - AÇIQLANIB
Azərbaycandan xaricə qərənfil ixracı - 4 DƏFƏ ARTIB - QİYMƏT
İqtisadiyyat 17 Mart 2023
Azərbaycandan xaricə qərənfil ixracı - 4 DƏFƏ ARTIB - QİYMƏT
Azərbaycanda broyler yumurtaları - BAHALAŞDI
İqtisadiyyat 16 Mart 2023
Azərbaycanda broyler yumurtaları - BAHALAŞDI
Azərbaycanın mebel şirkəti dövlətdən - GÜZƏŞTLİ KREDİT ALIB
İqtisadiyyat 16 Mart 2023
Azərbaycanın mebel şirkəti dövlətdən - GÜZƏŞTLİ KREDİT ALIB
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi - 63%-DƏN ÇOX ARTIB
İqtisadiyyat 15 Mart 2023
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi - 63%-DƏN ÇOX ARTIB
Azərbaycanda sahibkarlara verilən kreditlərin həcmi - 5,7 Mlrd Manata Çatıb
İqtisadiyyat 15 Mart 2023
Azərbaycanda sahibkarlara verilən kreditlərin həcmi - 5,7 Mlrd Manata Çatıb
Azərbaycanda havalandırma borularının istehsalı layihəsinə - Güzəştli Kredit Ayrılıb
İqtisadiyyat 15 Mart 2023
Azərbaycanda havalandırma borularının istehsalı layihəsinə - Güzəştli Kredit Ayrılıb
Azərbaycanla Özbəkistan arasında investisiya layihələri - MÜZAKİRƏ OLUNUB
İqtisadiyyat 15 Mart 2023
Azərbaycanla Özbəkistan arasında investisiya layihələri - MÜZAKİRƏ OLUNUB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Unibank" işçi axtarır - VAKANSİYA
    20:34 20 Mart 2023
  • "Express Bank" işçilər axtarır - VAKANSİYALAR
    20:32 20 Mart 2023
  • Azərbaycanın ən böyük bankı - ABB çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    20:30 20 Mart 2023
  • "AccessBank" işçi axtarır - VAKANSİYA
    20:22 20 Mart 2023
  • Publik Hüquqi Şəxs işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
    20:19 20 Mart 2023
  • "Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
    20:16 20 Mart 2023
  • İki ölkə Putini həbs edəcəyini bildirdi – UKRAYNAYA GÖRƏ HƏBS ORDERİ İŞƏ DÜŞDÜ
    20:09 20 Mart 2023
  • Rusiyada Prezident Aparatının işçilərinə «iPhone» qadağan edildi – «YA TULLAMAQ, YA DA UŞAQLARA BAĞIŞLAMAQ»
    17:08 20 Mart 2023
  • Kriptovalyuta bazarına da «bahar gəlib» - QİYMƏTLƏR "UÇUR" – MƏBLƏĞLƏR
    13:49 20 Mart 2023
  • Neftin qiyməti 2021-dən bəri ən aşağı həddə – YENİ QİYMƏT
    13:32 20 Mart 2023
  • Sabah yağış yağacaq - HAVA PROQNOZU
    13:21 20 Mart 2023
  • Azərbaycan ərazisi ilə «Kaşaqan» neftinin - NƏQLİ BAŞLADI
    13:08 20 Mart 2023
  • Bank rəhbərlərinə qarşı cəzaları sərtləşdirməyi – TƏKLİF ETDİ
    12:31 20 Mart 2023
  • Təcili: AZAL endirimlərə başladı – 10 ŞƏHƏR, TARİXLƏR
    12:18 20 Mart 2023
  • İsveçrənin böhran içində olan nəhəng bankı – «SU QİYMƏTİNƏ» SATILDI - MƏBLƏĞ
    10:13 20 Mart 2023
  • Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub - HƏRBÇİMİZ YARALANIB
    09:48 20 Mart 2023
  • İranda TIR-lardan rüşvət tələb edilir - SÜRÜCÜLƏR AKSİYA KEÇİRDİ
    23:40 19 Mart 2023
  • "Para" BOKT çoxsaylı işçilər axtarır - MAAŞ 400-700-1000-1500 MANAT - 35 VAKANSİYA
    21:09 19 Mart 2023
  • "Kontakt Home" işçi axtarır - VAKANSİYA
    21:05 19 Mart 2023
  • SOCAR-da yaradılan yeni qurum işçilər axtarır - VAKANSİYALAR
    20:56 19 Mart 2023
  • Azərbaycan şirkətləri işçilər axtarır - MAAŞ 1200-1500-2000-2500 MANAT- VAKANSİYALAR
    20:41 19 Mart 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3300 MANAT- VAKANSİYA
    20:36 19 Mart 2023
  • Kür və Araz çaylarında suyu artırmaq üçün – TƏDBİRLƏR BAŞLADI – RƏSMİ AÇIQLAMA
    19:14 19 Mart 2023
  • Bakıda müştərilərin banka qoyduğu 316 min manat və 32 min dollar - DEPOZİT OĞURLANIB
    16:09 19 Mart 2023
  • Hava proqnozu açıqlandı - YAĞIŞ, QAR YAĞACAQ
    15:55 19 Mart 2023
  • Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra - UĞURLAR ƏLDƏ EDİLİB
    19:36 18 Mart 2023
  • 913 min qazanan şəxs: "Yuxuda görmüşdüm ki, 900 min udmuşam, bir milyon deyildi deyə deyinirdim" - VİDEO
    16:59 18 Mart 2023
  • “Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa - Biz də onların ərazi bütövlüyünü tanımayacağıq”
    16:53 18 Mart 2023
  • Prezident İlham Əliev Talış kəndindən - XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN
    15:50 18 Mart 2023
  • Türkiyədə zəlzələdə dağılan binaların cəmi - 5%-İ TİKİNTİ NORMALARINA UYĞUN TİKİLİBMİŞ
    15:33 18 Mart 2023
  • NEQSOL Holding “YAŞAT” Fonduna - 500 MİN MANAT AYIRDI
    15:29 18 Mart 2023
  • "Azad edilmiş Talış kəndindən Ermənistanın arxasında duran ölkələrə xəbərdarlıq edirəm"
    14:03 18 Mart 2023
  • İlk 40 turist Şuşaya - YOLA DÜŞÜB
    14:00 18 Mart 2023
  • Beynəlxalq Məhkəmənin həbs qərarından sonra Putin - BU ÖLKƏLƏRƏ SƏFƏR EDƏ BİLMƏYƏCƏK - SİYAHI
    13:55 18 Mart 2023
  • Damcılı suvarma sistemləri neçəyə başa gəlir? - VİDEO
    13:52 18 Mart 2023
  • Azərpoçt bayram günlərində də işləyir - QRAFİK
    13:49 18 Mart 2023
  • “OBA” Naxçıvanda... – FOTOLAR
    13:38 18 Mart 2023
  • Azərbaycana gələn xarici qonaqların və yerli turistlərin qeydiyyatı aparılacaq - HÖKUMƏTDƏN QƏRAR
    13:27 18 Mart 2023
  • Azərbaycandan xaricə ixracı - 6 DƏFƏ ARTIB
    13:17 18 Mart 2023
  • "TikTok" istifadəçilərə alqoritmi sıfırlamağa - İCAZƏ VERƏCƏK
    13:04 18 Mart 2023
  • Bakı aeroportunda sıxlıq, uçuşlar gecikdi - AÇIQLAMA - VİDEO
    12:57 18 Mart 2023
  • Bayram gününün - HAVA PROQNOZU
    12:54 18 Mart 2023
  • “ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara - 400 Milyon Manat Qaytarılıb
    12:48 18 Mart 2023
  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşdü - FOTOLAR
    12:44 18 Mart 2023
  • İlham Əliyev Talış kəndinin Baş planı ilə - TANIŞ OLUB
    12:35 18 Mart 2023
  • Sərhəddə vətəndaşların və avtomobillərin hərəkətində ləngimələr yaranıb - DSX-NİN SİSTEMİNDƏ NASAZLIQ
    12:28 18 Mart 2023
  • Qəbələ otellərində "bayramdır" - 2 AYDA 10 MİN TURİST GƏLİB
    12:25 18 Mart 2023
  • İlham Əliyev və Mehriban Əliyeva Tərtərdə səfərdədilər - SANATORİYA YOLU AÇILDI
    12:17 18 Mart 2023
  • "Azərenerji" ASC-nin tenderində - DƏYİŞİKLİK EDİLDİ
    12:16 18 Mart 2023
  • Yayda Sankt-Peterburqdan Azərbaycana 3 aviaşirkət ucuşlar - HƏYATA KEÇİRƏCƏK
    12:09 18 Mart 2023
  • Biləsuvar Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    12:07 18 Mart 2023
  • Sabiq Naxçıvan maliyyə nazirinin - HƏBS MÜDDƏTİ UZADILIB
    12:05 18 Mart 2023
  • "RM Tires" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    12:01 18 Mart 2023
  • Həbs edilən gömrük generalları - Ev Dustaqlığına Buraxılıb
    11:57 18 Mart 2023
  • Kirayə üsulu ilə - 3 287 MƏNZİL VERİLDİ
    11:52 18 Mart 2023
  • VTB (Azərbaycan) bayram günləri də - XİDMƏTİNİZDƏDİR!
    11:48 18 Mart 2023
  • Əmək müqavilələrinin sayında - ARTIM OLUB
    11:44 18 Mart 2023
  • “Muxtaroğlu-VM” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    11:43 18 Mart 2023
  • Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib - FOTOLAR
    11:35 18 Mart 2023
  • "STP Global Cable" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    11:24 18 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!