Rusiyanın baş naziri Dmitri Medvedev bu gün Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.
Dmitri Medvedev prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Azərbaycan prezidenti və Rusiyanın baş naziri iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.