Dövlət Gömrük Komitəsi (DGK) gömrük postlarında ödəniş məntəqələrinin sayını artırmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov deyib.
İdarə rəisi bildirib ki, hazırda gömrük postlarında bir ödəniş məntəqəsi mövcuddur. Bu isə çox zaman vətəndaşların yubanmasına səbəb olur. Nazirliyə edilən təklif ilə bütün gömrük postlarının idxal və ixrac xətlərinin hər birində ödəniş məntəqələrinin yaradılmasına nail olmaq istəyirik. Belə olsa hər gömrük postunda ümumilikdə iki ödəniş məntəqəsi olacaq ki, bu da sürətli keçid üçün daha əlverişli imkan yaradacaq.