2020-ci ilin ilk 2 ayında Azərbaycandan 24,7 milyon dollarlıq pomidor ixrac edilib.
Eləcə də bax: Azərbaycanın qeyri-neft sektoru üzrə - "İXRAC İCMALI" AÇIQLANIB
FED.az məlumat verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin mart sayında bildirilir ki, 2020-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pambıq mahlıcı (29,2 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 27,3 milyon ABŞ dolları) ikinci və pomidor (24,7 milyon ABŞ dolları) üçüncü olub.
2020-cu ilin fevral ayında qeyri-neft sektoru üzrə ixracda pambıq mahlıcı (19,5 milyon ABŞ dolları) birinci, hesablayıcı maşınlar və onların blokları üçün hissələr (11,5 milyon ABŞ dolları) ikinci, tomat (pomidor - 11,5 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Marja