İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2017-ci ilin ilk 11 ayı üzrə “İxrac İcmalı”nı açıqlayıb. FED.az-ın məlumatına görə, hesabatda deyilir ki, 2017-ci ilin 11 ayı ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib. Belə ki, cari ilin 11 ayı ərzində Rusiyaya 498 milyon, Türkiyəyə 264 milyon, İsveçrəyə 133 milyon, Gürcüstana 120 milyon və İtaliyaya 52 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2017-ci ilin 11 ayı ərzində ölkədən xaricə ən çox ixrac olunan qeyri-neft məhsulu pomidor (tomat) olub - 140.2 milyon ABŞ dolları. Bu siyahıda ikinci yeri qızıl - 116.4 milyon ABŞ dolları, üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (105 milyon ABŞ dolları) tutub. Eləcə də bu dövrdə ölkədən 70 milyon dollarlıq xurma ixrac edilib.
Ümumiyyətlə isə 11 ay ərzində meyvə-tərəvəz ixracı 453 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 109 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 88 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 74 milyon, kimya sənayesi məhsullarının ixracı 72 milyon, pambıq ixracı 45 milyon, elektrik enerjisi ixracı 41 milyon, şəkər ixracı 39 milyon, çay ixracı 9 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 2 dəfə, pambığın ixracı 2.3 dəfə, çayın ixracı 65 faiz, meyvə-tərəvəzin ixracı artıb.
Pomidor, fındıq ləpəsi və xurma – MİLYONLAR QAZANDIRIR
17:03
18 Dek 2017