Məsafədən idarə edilən pilotsuz uçan aparatların dövriyyəsinə icazənin verilməsi üçün elektron qaydada müraciətin və sənədlərin qəbulu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.
FED.az xəbər verir ki, baş nazir Novruz Məmmədov bununla bağlı "Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilməsi barədə qarar imzalayıb.
Eləcə də bax: AzTV-nin iki ölkədə bürosu bağlanır - DƏYİŞİKLİKLƏR
Əvvəllər bu sahədə səlahiyyətli orqan Dövlət Mülki Aviasiya Administrasiyası olub. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb. Məsafədən idarə edilən pilotsuz uçan aparatların dövriyyəsinə icazənin verilməsi üçün elektron qaydada müraciətin və sənədlərin qəbulu, bu sahədə icazənin verilməsi isə artıq birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətində olacaq.
Pilotsuz aparatlar Ramin Quluzadəyə tapşırıldı - Novruz Məmmədovdan qərar
09:47
24 Yan 2019