2017-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,4 faiz üstələyərək 4,9 milyard manata bərabər olub.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin 2,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-fevral aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,5 faiz və 2,3 faiz üstələyib.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2016-cı ilin yanvar-fevral aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 4 926,0 | 101,4 |
o cümlədən: | ||
ərzaq məhsulları | 2 209,4 | 100,5 |
içkilər və tütün məmulatları | 289,4 | 100,3 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 886,9 | 102,4 |
elektrik malları və mebel | 312,9 | 102,7 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 38,7 | 101,9 |
əczaçılıq və tibbi mallar | 66,1 | 101,7 |
avtomobil yanacağı | 243,4 | 100,2 |
digər qeyri-ərzaq məhsulları | 879,2 | 102,9 |
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi elektrik malları və mebelin, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının 11,7 faizi hüquqi şəxs statuslu müəssisələr, 54,2 faizi fərdi sahibkarlar tərəfindən, 34,1 faizi isə bazar və yarmarkalarda satılıb.