Pərakəndə satış və ticarət barədə statistik məlumatlar və faktlar
Pərakəndə satış sahəsi yeni və ya istifadə olunmuş malların istehlakçılara onların şəxsi ya da ev-məişət istifadəsi üçün nümayişi və satışı ilə əlaqədar funksiyaları icra edir. Pərakəndə satış sektoru özündə avtomobillər, yanacaq, qida və digər əmtəə təsərrüfatı üzrə pərakəndə satış ticarətlərini birləşdirir.
Keçmişdə pərakəndə satış ticarəti univermaqların sayının sürətli azalması və supermarketlərin, eləcə də ticarət mərkəzlərinin sayının artması ilə üzləşmişdi. Son zamanlar gündəlik tələbat malları üzrə ticarətdə, o cümlədən onlayn ticarətdə artım və françayzinqin geniş inkişafı müşahidə olunur. Riteyl sənayesində baş verən belə dəyişikliklərlə əlaqədar iqtisadi problemlərin, texnoloji nailiyyətlərin, istehlakçı tendensiyalarının, pərakəndə satış ticarətinin yeni formalarının, qloballaşma və artan rəqabətin öhdəsindən gəlmək üçün rəqabətədavamlı və elastik olmaq lazım gəlir.
Bu sənaye sahəsi qeyri-formal, yarım günlük və mövsümi məşğulluğun yüksək səviyyəsi ilə xarakterizə olunur. Öncədən aparılan təhlillərə görə müəyyən edilmişdir ki, böyüklərin yarısından çoxu ya hazırda bu sahədə işləyir, ya da işləmişdir.
Dünyanın pərakəndə satəş ticarəti getdikcə daha rəqabətyönümlü olur. Bu da şirkətləri vadar edir ki, istehlakçıları cəlb etmək və uzunmüddətli istehlakçı loyallığı yaratmaq üçün innovativ yanaşma metodlarından istifadə etsin. Məsələn, univermaqlar daha bahalı brend markalı məhsulları özəl məhsul tipli nisbətən daha ucuz markalı məhsullarla əvəz edərək alıcılıq qabiliyyətini artırır.
Sözügedən sektorun artımına dəlalət edən bir çox bazar seqmentləri mövcuddur. Məsələn, Latın Amerikası, Orta Şərq və Asiya kimi inkişaf edən ölkələrin bazarlarında növbəti bir neçə ildə çoxşaxəli dünya riteyl sənayesinin, ixtisaslaşmış riteyl bazarının (bu ixtisaslaşmış sahənin məhsullarına kompyuter, elektronika, avtomobil pərakəndə satışı, ev əşyaları riteyli, geyim riteyli və ixtisaslaşmı mağazalar daxildir), istehlak malları mağazalarının və qlobal elektron ticarətin nəzərəçarpan dərəcədə inkişafı gözlənilir.
Qlobal elektron ticarəti internetə qoşulmanın mümkünlüyü sayəsində geniş şəkildə inkişaf edir və yayılır. Qeyd edək ki, 2012-ci ildə internet şəbəkəsinin istifadəçilərinin sayı təxminən 2.5 milyarda çatmışdır. Verilən proqnozlara əsasən ABŞ-da pərakəndə elektron satış ticarətinin artımı azalacaq, onun digər sahələrdə, xüsusilə satışların sayının təxminən 69 milyard ABŞ dollarına qədər artacağı gözlənilən Mərkəzi və Şərqi Avropada, artımı baş verəcəkdir.
Sonda bildirək ki, dünya pərakəndə satış bazarının əsas iştirakçılarına House of Fraser, Galeries Lafayette, Arnotts, Fenwick, Bloomingdale’s, John Lewis, GALERIA Kaufhof, Arcandor, Debenhams, Saks Fifth Avenue, Macy's, Stockmann, Marks & Spencer, Beales, Sears, DWW Woolworth Germany, El Corte Inglés, Dillard's, Roebuck & Company, The Bay, Nordstrom and Maxeda kimi iri şirkətlər daxildir.
Mənbə: statista.com