Gəlirlər artıb, mənfəət azalıb.
Eləcə də bax: Pepsi haqqında bilmədiyiniz - QEYRİ-ADİ FAKTLAR
Dünyanın ikinci ən iri qlobal qida və içki biznesi PepsiCo bugün 2021-ci ilin üçüncü rübünün nəticələrinin açıqlayıb.
Hesabata görə, 3-cü rübdə Pepsi-nin gəlirləri əvvəlki rüblə müqayisədə 11,6%, illik ifadədə isə 13,2% artaraq, 20,19 milyard dollara çatıb.
Gəlirlərin böyük hissəsi (6,40 milyard dollar) içkilər bölməsinin və çips və digər çərəzlərin (Lays, Doritos və Cheetos, 4,65 milyard) payına düşüb. Xalis mənfəət isə 3%-ə yaxın azalaraq, 2,22 milyard dollar təşkil edib. Şirkət əsas səbəb kimi bir sıra xammal və materialların qiymətinin, eləcə də çatdırılma xərclərinin artmasını göstərib.
“İstehsal xərclərinin artması danılmaz fakt olduğundan, biz növbəti ilin əvvəlindən qiymətlərdə müəyyən artımın olacağını gözləyirik.” - baş maliyyə direktoru Hugh Conson bununla da bahalaşmanın anonsunu verib.
Əksər iri qida və içki şirkətləri kimi, Pepsi də lazım olan əmtəə və materialları aylar öncə satın alır. Lakin pandemiyada pozulan təchizat zənciri bu tədbirin də effektini müvəqqəti edir və nəticədə son istehlak mallarının bahalaşmasına gətirib çıxarır. (Marja)
PepsiCo şirkətinin Maliyyə direktoru Hugh Johnston