2019-cu ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,2 faiz artaraq 13141,4 milyon manat olub.
Eləcə də bax: Azərbaycanda iqtisadi artım və geriləmə - OLAN RAYONLAR – SİYAHI
FED.az xəbər verir ki, paytaxtda ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 5918,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 7223,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 28,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.