İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı ölkədə elektron ticarətin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə beynəlxalq əməkdaşlığı dərinləşdirir.
FED.az Mərkəzə istinadən xəbər verir ki, bu məqsədlə son aylarda portal və “Payoneer” beynəlxalq ödəniş sistemi arasında görüşlər keçirilib, sahə üzrə mövcud çətinliklərin həlli istiqamətində müzakirələr aparılıb.
Müzakirələrin nəticəsi olaraq “Payoneer” Azərbaycan üzrə menecer təyin edib. “Payoneer” və "Azexport"un birgə əməkdaşlığı ilə sahə üzrə mövcud problemlərin həlli üzrə konkret addımların atılması nəzərdə tutulub. Bura qeydiyyat prosedurlarının ölkə standartlarına uyğunlaşdırılması, təlim və maarifləndirmə işlərinin həyata keçirilməsi və digər texniki məsələlərin həlli daxildir.
Bundan əvvəl “Payoneer” rəqəmsal ödəniş platformasında qeydiyyat və digər mərəhələlərdə çətinlik yaşayan istifadəçilər dəstək üçün "Azexport" vasitəsilə təşkilata müraciət edə bilərlər.