14 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkən 10 914 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 16 502 fərdi (mikro) sahibkar, cəmi 27 416 vergi ödəyicisi müraciət edib.
Eləcə də bax: Pandemiyadan zərər çəkən 1600-dən çox sahibkar maliyyə dəstəyi üçün - MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət edən 10 914 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 124 510 nəfərdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 78 068 işçini əhatə edən 8 487 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiq edilib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.