Beynəlxalq Hesablaşmalar Bankının (BIS) hesabatına görə, dünyada koronavirusla bağlı bizneslərə verilmiş təşviqlərin bitməsi ilə şirkət iflasları artacaq.
FED.az xəbər verir ki, nəticədə pandemiyanın yaratdığı iflas dalğaları qlobal korporativ istiqraz bazarlarının dəyərindən 1 trilyon dolları silə bilər.
Bu gün yayımlanan BIS-in rüblük hesabatında şirkətlərə verilən dəstəyin sona çatması ilə şirkət iflaslarının artması gözlənildiyi açıqlanır. Məruzədə "şirkət iflaslarındakı artımın maliyyə sistemi və ya vergi ödəyiciləri tərəfindən ödənilməli olan kredit itkilərinə səbəb olacağı" bildirildi.
Bu bədbin proqnozlara, pandemiya səbəbindən kredit bazarlarındakı pisləşmə təsir etdi. BIS-ə görə, bazar dəyərləri ümumiyyətlə bərpa olunsa da, bəzi zəif şirkətlər üçün çətin dövr davam edəcək.
Quruma görə, bu müddət qeyri-bərabər olacaq. Koronavirus epidemiyasının yayılmasını azaltmaq üçün səyahətlər kimi hökumətlərin məhdudiyyətləri səbəbindən dayandırılan əyləncə sektorunun 2018-2019-cu illə müqayisədə yüzdə 8-dən çox artacağı proqnozlaşdırıldı.