Quraqlıq və əhəmiyyətli istehsalçı ölkələrdən biri olan Malayziyadakı siyasi böhran palma yağı qiymətlərini rekord səviyyəyə yüksəldib.
Eləcə də bax: Yağ qiymətləri - Artır
FED.az xəbər verir ki, palm yağının tonu 4630 ringgit ilə bütün zamanların ən yüksək səviyyəsini görüb. Palma yağı qiymətləri son 2 ayda 40%-ə yaxın yüksəlib.
Kanola, soya yağı da həftənin ilk əməliyyat günündə yüksəlib.
Malayziyanın baş naziri Muhyiddin Yasinin istefası ölkədə siyasi böhranın yaranmasına səbəb olub. Malayziya ringgiti dollar qarşısında bir ilin ən aşağı səviyyəsinə düşüb, Malayziya birjası geriləyib. (Marja)