Pakistan 2023-cü ildə Rusiyadan rekord həddə - 1,4 milyon ton taxıl alıb, noyabrda idxal dollarla deyil, ilk dəfə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dirhəmində ödənilib.
Rusiya Avropa İttifaqının taxıl tədarükçülərinin - İLK BEŞLİYİNƏ QAYIDIB
FED.az xəbər verir ki, bu barədə media Pakistan hökumətinin məlumatlarına istinadən yazır.
Belə ki, Pakistan payızın sonunda Rusiyadan təxminən 10,6 milyard rubla 377,2 min ton buğda idxal edib. Bu məbləğin böyük hissəsi - 82%-i dirhəmlə ödənilib ki, bu da iki ölkə arasında qarşılıqlı taxıl ticarəti üçün ilk belə hal olub.
Ümumilikdə, Rusiya 2023-cü ildə Pakistana rekord həcmdə taxıl tədarük edib - keçən il bu rəqəm 294 min ton olduğu halda, bu il təxminən 1,4 milyon tona çatıb. Bundan əvvəl, tədarük üzrə rekord il Pakistan şirkətlərinin Rusiyadan 1,2 milyon ton taxılı aldığı 2020-ci il idi.
İki ölkə arasında ticarətin dedollarizasiyası prosesində taxıl daha bir əmtəəyə çevrilib: məsələn, sentyabr ayında Çin yuanı ilə ilk neft tədarükü olub və bütün bu il kömür dirhəmə satılıb. Həmçinin qida, kimyəvi maddələr və gübrə ticarəti də bu valyutalarla aparılır. (Marja)