İranda yeni növ koronavirusun yayılmasından sonra qonşu ölkə ilə sərhədlərini bağlayan və ticarəti dayandıran Pakistan İraq və Azərbaycana meyvə-tərəvəz ixracını davam etdirmək üçün yeni üsula əl atıb.
Eləcə də bax: Daha iki ölkə Azərbaycandan - FINDIQ ALACAQ
FED.az xəbər verir ki, daha əvvəl İran vasitəsilə İraq və Azərbaycana kartof və naringi ixrac edən Pakistan artıq dəniz yolu ilə təchizata başlayıb.
Nəşr yazır ki, Pakistan-İran sərhədinin bağlanması ixracatçılara zərbə vurub, onlar daha çox zərərə qatlaşmamaq üçün çıxış yolunu dəniz yolundan istifadədə görüblər.
Pakistan Meyvə-Tərəvəz İdxalçıları, İxracatçıları və Ticarətçiləri Assosiasiyasının (PFVA) rəhbəri Vahid Əhməd bildirib ki, Pakistan hər il adıçəkilən iki ölkəyə 800 ton kartof və 500 ton naringi ixrac edir.
Report