Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın baş naziri Şahbaz Şərif Astanada enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Eləcə də bax: Azərbaycan və Pakistan məhsulların gömrükdən keçidini - ASANLAŞDIRACAQ
FED.az Pakistan baş nazirinin dəftərxanasına istinadən xəbər verir ki, görüş zamanı liderlər enerji sahəsində ikitərəfli əməkdaşlıqla bağlı müzakirələrin tezləşdirilməsi barədə razılığa gəliblər, həmçinin Azərbaycandan Pakistana karbamid ixracı məsələsini müzakirə ediblər.
“Baş nazir ötən ay Bakıda səfərdə olmuş neft məsələləri üzrə dövlət nazirini Azərbaycan ilə Pakistan arasında ikitərəfli enerji əməkdaşlığı üzrə koordinator təyin edib”, - deyə məlumatda vurğulanır.
Görüş oktyabrın 13-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində baş tutub. (İnterfaks-Azərbaycan)