Pakistan builki qış mövsümündə səpin üçün əlavə 0,2 milyon ton karbamid almaq məqsədi ilə Azərbaycan, Çin və Rusiya ilə danışıqlar aparır.
Karbamid satışından - 50 MİLYON MANATLIQ GƏLİR ƏLDƏ OLUNUB
FED.az xəbər verir ki, bununla bağlı Pakistanın Dövlət Satınalmalarının Tənzimləməsi Qurumunun İdarə Heyəti ilə Sənaye və İstehsalat Nazirliyinin təqdimatı əsasında müvəqqəti federal kabinet qərar qəbul edib.
İqtisadi Koordinasiya Komitəsi isə hələ də alınacaq məhsul üçün qiymət müəyyən etməyib. Sənaye və İstehsalat Nazirliyinin rəsmisi Əsəd Rəhman Gilani bildirib ki, yerli müəssisələrin 2 ay müddətinə müvəqqəti bağlanması ölkəni 200 min ton karbamid çatışmazlığı ilə üz-üzə qoyub.
Bununla bağlı tenderin keçirilməsi nəzərdə tutulub. Ölkə qanunvericiliyinə görə, tender müddəti 45 gündür, amma hökumət bu müddəti təcili olduğu üçün 15 günə endirmək istəyir.
Bazarda adı çəkilən 3 ölkəyə Hindistanın da adı rəqib kimi göstərilir. Amma bu ölkənin iştirakı istisna edilir.
Azərbaycan Çin və Rusiyadakı mənbələrin məlumatına görə, karbamidin Karaçiyə çatdsırılması təxminən 415-420 ABŞ dollarına başa gələ bilər. Amma Pakistanın ötən il karbamidi daha baha qiymətə aldığını nəzərə alsaq bu rəqəm yüksələ bilər. (Report)