“Rəqəmsal Ticarət Qovşağının yaradılması və fəaliyyətinin genişləndirilməsi Azərbaycanın beynəlxalq ticarətə inteqrasiyası istiqamətində atılan zəruri addımlardan biridir”.
FED.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov Bakıda keçirilən birinci Rəqəmsal Ticarət Qovşağına dair beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti nəticəsində ölkəmiz regional ticarət habına çevrilməkdədir.
Sektor müdiri bildirib ki, “Azexport” portalının (azexport.az) yaradılması qeyri-neft sektorunun inkişafı, o cümlədən qeyri-neft məhsullarının ixracı baxımından olduqca böyük əhəmiyyətə malikdir: “İndiyədək portal vasitəsilə 50 ölkədən 300 milyon dollarlıq sifariş daxil olub ki, bu da ciddi uğurdur. İnanıram ki, bu rəqəm getdikcə artacaq. Portala qonşu ölkələr tərəfindən də maraq göstərilir. Belə ki, qonşu ölkələrin şirkətləri portala üz tutur. Beləliklə, tam əminliklə deyə bilərəm ki, portal beynəlxalq əhəmiyyətli resursa çevrilir və ölkəmizin regional ticarət qovşağına çevrilməsi sürətlənir”.
apa©
PA sektor müdiri: “Qonşu ölkələrin şirkətləri “Azexport” portalına üz tutur”
10:37
19 Okt 2017